Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı - FOTO

 22:52 04.01.2020     1796

Əməkdar artist Xumar Qədimova paylaşımı onu dilə-dişə salıb.  

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, nazlı-qəmzəli sənətçi şəxsi “İnstagram” hesabında kilsədən foto yayımlayıb.  

Şamlar əhatəsində olan Xumar başına ağ-qara zolaqlı şal bağlayaraq, kilsədə dua edib. Məşhurun bu addımı isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.  

Onlar təəccüb və qəzəblərini müğənniyə sual şəklində ünvanlayıblar:  

“Necə yəni, Xumar xristiandır?”, “Xumar, dininizi dəyişmisiz?”, “Xumar, nə üçün kilsəyə getmisiz?”, “Bəlkə yeni klip çəkdirirsiz?”...  

Sənətçinin fotosuna 450-dən artıq şərh gəlsə də, Xumar Qədimova “susmaq qızıldır” prinsipinə əməl edərək, məsələyə münasibət bildirməyib.