"Biz bir-birimizi hələ də sevirik"

 06:33 06.01.2020     2099

Serbiyalı model Əminə Yahoviç boşandıqdan sonra 10 illik ailə həyat yoldaşı olan Mustafa Sandal barədə maraqlı açıqlama verib.

Redaktor.az unikal.org-a istinadən xəbər verir ki, Əminə Mustafa Sandalla yeni ilin ilk gününü birlikdə keçirmədiklərini açıqlayıb: "Xeyr, ikinci dəfə olmaz. Mustafa ilə həqiqətən möhkəm yoldaşıq. Boşandıqda da yaxşı idik. Hətta ədliyyədən çıxıb birlikdə evə qayıtdıq. Uşaqlarla süfrəyə oturub dönər yedik. Biz bir-birimizi hələ də sevirik. Bəli eşq bitdi, amma hörmətə davam edirik. Oğlanlarım Yavuz və Yaman o qədər balaca idilər ki, vəziyyəti qəbul etdilər. Artıq bir yerdə olmağımızı istəmirlər”.