Tolikə çox bahalı hədiyyə verdilər - Şübhələndi, BİABIR OLDU / FOTO

 14:35 06.01.2020     3996

Mənim bir dostum var, çox hörmətli bir insandır. Çıxartdı mənə bir saat bağışladı.

Redaktor.az milli.az-a istinadən xəbər verir ki, bu sözləri "Hər şey daxil"də Tarix Əliyev (Tolik) deyib.

Aparıcı ona verilən hədiyyənin originallığını gizli yoxlatmaq istəsə də biabır olduğunu bildirib:

"Mən o saatın əslində originalını istəmirdim, onun "A Class"ını istəyirdim. Çünki originalı baha idi. O, saatı verdi mənə və dedi ki, bu saat originaldır. Mən eləmə tənbəllik, getdim o saatı yoxlatdırım. O satıcı da bilər ki, bu saatın 3 dənəsini bu adam alıb. Götürər o adama zəng vurar ki, Tolik gəlib saatın originallığını yoxlatdırdı. O adam da mənə zəng vurdu ki, "Ayıbdır, mənim adım-sanım var. Mən sənə dedim axı originaldır". Baxma da, adama qəribə gəlir ki, doğurdanmı bu hədiyyəni adama verirlər".