“Oskar”ın təqdimetmə mərasimi yenə aparıcısız qalıb

 10:50 09.01.2020     2766

“Oskar” mükafatının 92-ci təqdimat mərasimi ötən il olduğu kimi bu il də aparıcısız keçiriləcək.

Xəbərə görə, bu barədə Amerika Kinoakademiyasının sosial şəbəkə hesabında məlumat yayılıb.

Təqdimetmə mərasimində məşhurların iştirak edəcəyi və sürprizlərin olacağı qeyd edilsə də, tədbirin aparıcısı ilə bağlı heç nə yazılmayıb.

Ötən il komediya aktyoru Kevin Hart “Oskar” mükafatının 91-ci təqdimat mərasiminin aparıcısı olmaqdan imtina etmiş, nəticədə mükafat aparıcısız təqdim edilmişdi.//Apa.az