Tanınmış müğənninin bu qıza yazdığı mesajlar yayıldı - Telefon nömrəsi istədi və... / FOTOLAR

 17:18 09.01.2020     3017

Türkiyəli müğənni Rafet El Romanın “İnstagram”-da gənc  qıza yazdığı mesajlar yayılıb.

Redaktor.az xəbər verir ki, 51 yaşlı müğənni Şulə Balmak adlı qızdan telefon nömrəsini istəyib, rədd cavabı alıb. Sonra şansını bir daha sınayan müğənni gənc qızın evli olub-olmadığını soruşub.

Məsələ ilə bağlı açıqlama verən müğənni bunları deyib:

“Bir xanımı bəyənmişəm, tanımaq istəmişəm, bunun nəyi pisdir?!  Onu klipimdə çəkmək istəyirdim. İki-üç ay məni və komandamı aldatdı. Sonra görüşdük, çay içdik. Məlum oldu ki, paylaşdığı fotolar ona məxsus deyil”.

Müğənni əlavə edib ki, Şulə Balmak onunla görüşmək üçün belə addım atıb.

Oral Mədənçi / Redaktor.az

2222