ABŞ Çini "valyuta manipulyatorları" siyahısından çıxaracaq

 02:10 14.01.2020     2648

ABŞ hökuməti, iki ölkə arasında bu həftə planlaşdırılan ticarət əməliyyatının birinci mərhələsinin imzalanması ərəfəsində Çini "valyuta manipulyatorları" siyahısından çıxarmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

ABŞ Maliyyə Naziriliyi tezliklə düzəliş ediləcək altı ayın hesabatını yayımlamaq niyyətindədir. Sənədin dərc edilməsinin tərəflərin əməliyyatın müddəalarını müəyyənləşdirmək səbəbindən gecikdiyi qeyd olunur. Bu arada ABŞ Maliyyə Nazirliyi bu məlumatı təsdiqləməkdən imtina edib.

Xatırladaq ki, avqustun 5-də ABŞ Maliyyə Nazirliyi Çini "valyuta manipulyatoru" adlandırıb və Pekindən "şəffaf valyuta siyasəti" tələb edib. Cavab olaraq Çin Mərkəzi Bankı, Vaşinqtonun qərarının əsassız olduğunu, qlobal iqtisadiyyatın və qlobal maliyyə sisteminin bərpasına mənfi təsir göstərəcəyini bildirib.

2019-cu ilin 31 dekabrında D.Tramp, Çin ilə ticarət sazişinin birinci mərhələsi ilə əlaqədar 15 yanvarda Ağ Evdə məhdudiyyətsiz saziş imzalayacağını açıqlamışdı. (Trend.az)