Əməkdar artist əməliyyat olundu

 01:45 23.02.2020     3976

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

Redaktor.az xəbər verir ki, bu dəqiqələrdə başa çatan əməliyyat zamanı aktyorun bağırsaq yolunu kəsən daş çıxarılıb. Aktyor şəkərli diabetdən əziyyət çəkdiyi üçün, əməliyyat açıq deyil, endoskopik yolla baş tutub. Həkimlər əməliyyatın uğurla keçdiyini deyirlər.

Yaxınları aktyorun bir neçə gün sonra ikinci dəfə əməliyyat olunacağını deyib:

“Öd kisəsi tamamilə yararsız haldadır, ikinci əməliyyatla onun öd kisəsi çıxarılacaq”.

Aktyorun əməliyyat xərcinin əsas hissəsini Bakı Sağlamlıq Mərkəzi üzərinə götürüb. //Axşam.az