Cazibədar model hər kəsi heyrətləndirdi - FOTOLAR

 08:58 23.02.2020     4691

Məşhur model Gigi Hadid gələcək planları ilə bağlı verdiyi açıqlama verib.

Redaktor.az xəbər verir ki, Gigi Hadid fikirlərini “i-D Magazine” nəşrinə müsahibəsi zamanı bildirib.

Hər kəs modelin uzun müddət karyerasını davam etdirməyi planlaşdırdığını düşündüyü halda, o, həyatının fərqli istiqamətdə davam edə biləcəyini qeyd edib.

Təxminən, iki il ayrı qaldığı sevgilisi Zeyn Maliklə yenidən barışan Gigi Hadid gələcək həyatını moda dünyasından kənarda quracağına işarə vurub:

“Bir gün ailə quracağam. Bilmirəm, hər zaman modelliklə məşğul olacağam?! Moda dünyasının yaradıcı tərəfini çox sevirəm. Ətrafımdakı insanlar məni xoşbəxt edir. Bəlkə də bütün gün yemək bişirməklə məşğul olaram”, - deyə Hadib bildirib.

Cazibədar modelin bu sözləri Zeyn Maliklə ailə qurmağa və uşaq sahibi olmağa qərar verməsi kimi şərh olunub. //Oxu.az

22222