Nüşabə Ələsgərli fotoşopdan əvvəl və sonra - FOTO

 15:39 24.02.2020     4586

Müğənni Nadir Qafarzadə Əməkdar artist Nüşabə Ələsgərli ilə yeni fotosunu paylaşıb.

Redaktor.az bildirir ki, sənətçilərin fotosu müzakirələrə səbəb olub. Buna səbəb isə Nadirin fotoşopdan hədsiz istifadə etməsidir.

Hətta Nadir şəkili o qədər fotoşop edib ki, Nüşabənin saçları da dəyişib.

Ələsgərli paylaşıma "Şəklin orijinalını qoy" şərhini yazıb. Nadir isə "Elə orijinaldır. Sən gözəlsən, təbii gözəl" cavabını verib.

N,Ələsgərli daha sonra şəklin fotoşopsuz versiyasını izləyiciləri ilə bölüşüb.