DNT testi etdi, kraliçanın qohumu çıxdı

 04:50 27.02.2020     6546

Hilton otellərinin varisi Paris Hilton Böyük Britaniya Kraliçası II Yelizavetanın qohumu olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “Cosmopolitan” jurnalına müsahibəsində danışıb.

Paris bu yaxınlarda anasının DNT testi etdirdiyini və nəticələrə görə, anasının ata xətti ilə kraliça ilə qohum olduğunu açıqlayıb.

Müğənni, həmçinin dünyanın ən gözəl və cazibədar aktrisası olan Merilin Monro ilə də qohum olduğunu bildirib. //Axşam.az