ATV-yə gələn müğənni yolda qəza keçirib

 17:20 29.02.2020     9934

 

Müğənni Mənzurə Musayeva ATV-də yayımlanan "Gündən-günə" verilişinə gedərkən avtomobil qəzası keçirib.

Redaktor.az xəbər verir ki, sənətçi proqram zamanı bu haqda danışıb. O bildirib ki, dörd ildən bir olan 29 fevral tarixi ona uğursuzluq gətirir:

"29 fevralda nişanım olub. Daş düşəydi həmin günə. Ailə həyatım uğursuz alındı. İndi də mənə zəng vurub efir deyəndə, fikirləşdim ki, 29-na düşür, gedim-getməyim? Özümə də dedim ki, bu tarix mənə düşmür, ailəm də uğursuz olub.

Bu gün maşınımı əzdim. Telefonum əlimdən düşdü, pis günə qalıb. Maşındır, əzilir, düzəlir. Onsuz avtomobil məndə olanda pis günə qalır". 

Mənzurə qəzanın yüngül olduğunu, heç bir xəsarət almadığını söyləyib. //Axşam.az