Zöhrə Abdullayeva efirdə ağladı - "Bədbəxt qadınam..." / VİDEO

 14:38 04.03.2020     2515

Əməkdar artist Zöhrə Abdullayeva "Space" radioda qonaq olarkən göz yaşlarını saxlaya bilməyib.

Redaktor.az bildirir ki, müğənni dünyasını dəyişən oğlundan bəhs edib. O bildirib ki, dünyanın ən bədbəxt qadınıdır:

"Həyatda ən bədbəxt qadınam. Mənə deyirlər ki, bundan da betəri var. Deyirəm, nədir betəri? Deyirlər, insult olarsan, üzün-gözün əyilər. Görürəm ki, həqiqətən də betərin də betəri var. Amma mən belə insan deyildim.

Ailəmi çox sevirdim. Çox istəyirdim başımda ailəm olsun. Amma fələk mənə başqa tale yazdı. İndi də elədir ki, at olan yerdə ot olmur, ot olan yerdə at olmur. Dəyişik düşüb yerlərimiz, çox boyat olmuşuq".