Tolik verilişinin bağlanmasından danışdı "Mənə heç kim deməyib ki..."

 16:36 06.03.2020     1702

Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” proqramında müğənnilər arasında yaşanan gərginlikdən sonra Xəzər Media Mərkəzinin direktoru Murad Dadaşov verilişin aparacısı Tarix Əliyevə (Tolikə) sərt iradını bildirib. Yayılan məlumata görə, cəza olaraq Tolikin verilişi bağlandığı iddia olunur.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Tolik bildirib ki, onun heç nədən xəbəri yoxdur:

“Mənə heç kim deməyib ki, verilişim bağlanıb. Bundan xəbərim yoxdur. Mən deyərəm indi, rəsmi açıqlama verərlər”.