Azərbaycanın tanınmış aktyoru ata oldu

 20:37 06.03.2020     1130

Bakı Bələdiyyə Teatrının aktyoru, məşhur film və seriallarda baş obrazları yaradan Tural Əhməd növbəti dəfə ata olub.

Redaktor.az xəbər verir kibu barədə aktyor sosial şəbəkədə məlumat verib:

“İkinci dəfə oğul atası oldum. Sevincimi sizinlə də bölüşüm. Allah olmayanlara qismət etsin”.

Qeyd edək ki, Tural Əhməd “Ata ocağı”, “Qara yazı”, “Vicdan haqqı”, “Həyat varsa”, “Sirr” kimi seriallarla məşhurlaşıb.