10 illik qrup dağılır

 02:49 12.03.2020     1647

10 il əvvəl yaranan Ukraynanın məşhur "Время и Стекло" qrupu səhnə fəaliyyətini dayandırır.

Redaktor.az xəbər verir ki, bu barədə qrupun üzvləri Aleksey Zavqorodniy və Nadejda Dorofeeva rəsmi “Youtube” səhifələrində məlumat veriblər.

Onlar sentyabrın 11-də sonuncu konsertlərindən sonra solo fəaliyyətə başlayacaqlar.

Qeyd edək ki, qrup ötən gün “Время истекло” (“Vaxt bitdi”) adlı klipini təqdim edib.