Koronavirus

Məşhur aktyor koronavirusa yoluxdu

 08:55 12.03.2020     1432

Amerikalı aktyor Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxublar.

Redaktor.az xəbər verir ki, bu barədə aktyorun özü məlumat verib:

“Salam, dostlar. Rita və mən indi buradayıq, Avstraliyada. Biz özümüzü bir qədər yorğun hiss etdik, bir də bədəndə ağrı yaranmışdı. Ritada zaman-zaman titrəmə olurdu. Hər şeyi doğru etmək üçün bizi koronavirusa görə yoxladılar və nəticə müsbət oldu”, – o, Tvitterdə yazıb.

Qeyd edək ki, Tom Henks “Böyük”, “Forest Qamp”, “Sıravi Rayanı xilas etmək” və s. filmlərdə rol alıb. 2016-cı ildə ABŞ Prezidenti Barak Obama Henksi Prezidentin Azadlıq medalı ilə təltif edib. //APA