Damladan efir qadağası ilə bağlı AÇIQLAMA - FOTO

 13:36 12.03.2020     1870

"Xəzər" TV-yə yeni rəhbər təyin olunmuş Xalq artisti Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. 

Redaktor.az bildirir ki, yeni kanal rəhbəri “Xəzər”in efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin efirə çıxmasına qadağa qoyub.

Damlanın prodüseri məsələ ilə bağlı açıqlama verib: ""Xəzər" TV-nin qadağası ilə bağlı məlumatlar tamamən yalnışdır. Çünki Damla xanımın sözügedən kanalla və rəhbərliyi ilə heç bir problemi yoxdur". //SİA