"Məşhurluq bahalı peşədir"

 00:26 13.03.2020     1888

“İnsanların iqtisadi sirrini efirə çıxartmaq düzgün deyil. Mənə elə gəlir ki, ən azından insan adına etik deyil”.

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif “MTV”yə açıqlamasında deyib. Sənətçi həmkarlarının biri-birinin toy qiymətini açıqlaması və ya məclisə baha qiymətə gedən sənət yoldaşlarının bəziləri tərəfindən aşağılanmasına münasibət bildirib:

“Tamaşaçı istənilən qiymətə kimisə dəvət edə bilər. Kiminsə iştirakını öz məclisində təmin edə bilər. Problem nədir ki? Əgər filan məşhur filan qiymətə gedirsə, tələb təklif var. Bu adama bu qiyməti verən insanlar var. O dəli deyil ki özündən qiymət uydursun və ya evdə otursun işsiz qalsın. İnsan qoyduğu qiymətə tələbat hiss edir, o tələbata uyğun gedir. Bir də ki, insan ayın 30 gününü niyə işləməlidir ki? Adam ailəsinə, evinə vaxt sərf etmək istəyir. O baxımdan mən qonorar məsələsini çox hörmətlə qarşılayıram. Qonorarımı açıqlamayacam, amma onu 50-60 faiz aşağı etsəm, ayda 25 gün işləyə bilərəm. Sonra gücüm qalmayanda kimsə gəlib mənim qapımı döyüb bir tikə çörək verəcəkmi? İndi ayda 5-10 məclisə gedirəmsə, bu məni təmin edir. Ev, maşın, uşaqlar bütün xərclər ödənilir, amma o işin keyfiyyəti məni narahat edir. Məşhurluq bahalı peşədir. Onun arxasında bahalı klip, aranjimanlar dayanır. İnsan 100 min pul xərcləyirsə, o pulu çıxartmaq onun haqqıdır”. //Axşam