Xalq artisti 18 yaşlı oğlunu evləndirir - FOTOLAR

 12:50 13.03.2020     2099

Xalq artisti Simarə İmanova oğlu Məhəmmədə toy etməyə hazırlaşır.

Redaktor.az bildirir ki, sənətçi bu barədə “Xəzər” TV-də yayımlanan “5/5” proqramında məlumat verib.

O söyləyib ki, hər şey anidən baş verib:

“Özümü çox xoşbəxt hiss edirəm. Oğlumu evləndirirəm. İnanın, qohumları bizə yığmışam ki, evdə onlara xəbər verəm. Amma efirdə dedim. Doğmalarımın xəbəri yoxdur. Elçi gedəcəyik. Oğlumun öz seçimidir. Uzaqdan qohumumuzdurlar. Çox sadə insandırlar”.

S.İmanova “Oğlunuzun neçə yaşı var” sualına “18 yaşı var” deyə, cavab verib.

Qeyd edək ki, xanəndə 2001-ci ildə Mikayıl Rüstəmov adlı şəxslə ailə qurub. Onun Çinarə adlı qızı da var.