Evliliklərini qorumaq üçün bu addımı atacaqlar

 16:46 15.03.2020     1991

Boşanma ərəfəsində olduğu deyilən Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı Amal haqqında yeni iddialar üzə çıxıb.

Redaktor.az xəbər verir ki, qərb mediasında yayılan məlumatlara görə, cütlük evliliklərini qorumaq üçün 3-cü dəfə valideyn olmağı planlaşdırır.

Aktyor və həyat yoldaşının bunun üçün süni mayalanma yolundan istifadə edəcəyi deyilir.

Qeyd edək ki, cütlüyün 2017-ci ildə Ella və Aleksandr adlı əkizləri də süni mayalanma yolu ilə dünyaya gəlib. //Axşam