Xalq artisti ilə vida mərasimi olmayacaq

74 yaşında dünyasını dəyişən Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilməyəcək.
Bu haqda Redaktor.az-a aktyorun yaxınları deyib. Bildirilib ki, buna səbəb hazırda koronavirusla əlaqədar teatrların fəaliyyətinə müvəqqəti fasilə verilməsidir.
Qeyd edilib ki, R.Dadaşovla vidalaşmaq istəyənlər sabah II Fəxri xiyabana gələ bilərlər. Aktyorun nəşi saat 14:00-da yaşadığı evindən götürüləcək. //Axşam

