Əməkdar artistin avtomobilini bu hala saldılar... - VİDEO

 17:45 17.03.2020     1676

Əməkdar artist Elnur Kərimovun avtomobilini yararsız hala salıblar.

Redaktor.az xəbər verir ki, aktyor bu haqda sosial şəbəkədə paylaşım edib. O bildirib ki, səhər avtomobilinə yaxınlaşanda onu şüşələri qırılmış vəziyyətdə görüb:

"Səhər uşağı həkimə aparırdım. Maşına yaxınlaşanda bu mənzərəni gördüm. Maşının şüşəsini qırıblar, alt tərəfi ümumiyyətlə yoxdur. Maşında onsuz da heç nə yox idi, amma yararsız hala salınması insanlıqdan kənar hərəkətdir.

Həyətdə 24 saat nəzarətçi var, deyir, heç nə görməmişəm". //Axşam