Koronavirus

Nüşabə qızının toy vaxtını açıqladı

 19:13 18.03.2020     939

Əməkdar artist Nüşabə Əlsəgərli qızı Nigarın toy vaxtını açıqlayıb.

Redaktor.az xəbər verir ki, müğənni bu haqda "Ən yaxşısı" verilişində deyib. O bildirib ki, toyun yayda olmasını planlaşdırırlar:

"İyulda olacaq. Məclisə xaricdən çox önəmli bir qonaq gətirməyi düşünürəm".

Qeyd edək ki, ifaçının qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Onun ailə quracağı Gino isə aşpazdır. O, Türkiyə vətəndaşıdır. //Axşam