Koronavirus

İbrahim Tatlısəsin milyonlarını mənimsədilər - Dələduzluq

 21:00 19.03.2020     721

Türkiyəli müğənni İbrahim Tatlısəsə qarşı dələduzluq edilib.

Redaktor.az xəbər verir ki, İbrahim Tatlısəs sahib olduğu "Tatlıses Gıda" adlı şirkətində çalışan iki müsahibi tərəfindən zərərə uğrayıb.

Onlar vəzifələrindən sui-istifadə edərək sənətçini milyonlarla pulunu mənimsəyiblər. İfaçının vəkili Hayati Şahin hüquq-mühafizə orqanlarına şikayət edib.

Hadisə ilə bağlı istintaq işi başlayıb. //Axar