Məşhur model 10 milyon dollarlıq malikanəsində koronavirus testinin cavabını gözləyir - FOTOLAR

 22:11 20.03.2020     1690

Məşhur model Heidi Klum koronavirus testinin cavabını gözləyir.

Redaktor.az bildirir ki, bu barədə model sosial şəbəkədə paylaşım edib.

O, testin cavablarını karantində qaldığı 10 milyon dollarlıq (17,000,000 AZN) malikanəsində gözləyir.

Model mart ayında xəstələndiyini bildirmişdi.

Əri Tom Kaulitsin koronavirus testinin cavabı neqativ çıxsa da, Klumun testinin cavabları hələ məlum olmayıb.