Tanınmış müğənni Damla karantindədir - AÇIQLAMA

 14:25 31.03.2020     2029

Tanınmış müğənni Damla Moskvadan qayıda bilmir.

Redaktor.az xəbər verir ki, müğənni “Bizimləsən” verilişinə zəng edərək bunkarı deyib:

“Novruz bayramı ilə bağlı tədbirlərə gəldik. 20-21 mart tarixlərində konsert oldu, sonra özəl dəvətlər var idi. Daha sonra təyyarə biletləri bitdi. Nə qədər müraciət etdik, biletlər tükənmişdi. Düşündük ki, gözləyək, ara sakitləşsin. İndi də karantindir, hoteldən belə çıxa bilmirik. Əvvəldən alınan biletlərimiz də batdı. İndi burada heç yerə çıxmaq olmaz. Ancaq aptekə və ərzaq almağa düşə bilərik”.

Damla bildirib ki, oğlu və anası Bakıdadır:

“Bilsəydim belə olacaq, tədbirləri təxirə salardım. Hər gün ailəmlə danışıram, deyirəm, heç yerə getməyin. Müvəqqəti sıxıntıdır, qapını bağlayın, oturun evdə”. //Axsam.az