Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi

 10:05 01.04.2020     1796

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirilib.

Redaktor.az bildirir ki, bu barədə “Milliyet” xəbər yayıb.

Koronavirus səbəbindən xanımı Başaq Dizer ilə Kemerburqaz ərazisindəki evində qalan aktyor dünən özünü pis hiss edib. O, bu səbəbdən yoxlamadan keçmək üçün “Liv Hospital”a gedib. Orada isə aktyor xəstəxanaya yerləşdirilib. 

K.Tatlıtuğun koronavirusa yoluxduğu ehtimal edilir. //Oxu.az