"Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq" - Zülfiyyə Xanbabayeva

 11:48 02.04.2020     2342

"Günlərdir düşünürəm: baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən... Bir-birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə?!".

Redaktor.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə yazıb. Müğənni karantin rejimindən bəhs edərək, insanları evdə qalmağa çağırıb:

"Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq. Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şeydən düşünək. Tətildən, panikadan, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqqdan düşünək. Daha dərindən düşünək.

İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil. Dualarımızı əskik etməyək". //Axşam.az