“Qrip olduğuna sevindik”

 00:15 03.04.2020     2909

Ötən gün koronavirus infeksiyasına yoluxduğu düşünülən türkiyəli aktyor Kıvanç Tatlıtuğun testinin cavabları neqativ çıxıb.

Redaktor.az xəbər verir ki, aktyorun stilist həyat yoldaşı Başak Dizer də bu barədə açıqlama verib:

“Qrip olduğuna sevindik. Ancaq vəfat edən 63 insan və virusa yoluxan 2148 vətəndaş üçün çox məyusam. Allah sevdiklərinə güc və səbr versin”. //Axşam.az