Zamiqin dəbdəbəli bağ evi - FOTO

 13:20 04.04.2020     3345

Karantin günlərini bağ evində keçirən müğənni Zamiq Hüseynov evinin hər güşəsində şəkil çəkdirib paylaşıb. 

Redaktor.az xəbər verir ki, sənətçi son paylaşımı koronavirus bəlasına həsr edib:

"Həyat hər gün bizə bir şey öyrədir. Gah sevinc verir, gah kədər, gözəl günlər, çətin anlar. Bir sözlə, bizi bərkə, boşa salır. Biz çalışıb bu sınaqlardan yaxşı keçməliyik. Əl-ələ verib hər çətinliyə qalib gəlməliyik. Hər çətin günün arxasında bir gözəllik, işıq var.

Sabah yeni bir gün doğacaq, həyatımızda yeniliklər olacaq, yaxşı fikirləşin ki, yaxşı olsun. Dua edin, gözəl arzular edin, hamısı həyata keşəcək.

İnşallah, qısa bir zamanda bu bəlanı arxada qoyacağıq və videolar çəkib bir-birimizi təbrik edəcəyik. Gülümsəyin, pozitiv olun. Evdə qalın ki, ailənizi, uşaqlarınızı, sevdiklərinizi qoruyun".

22222