Azərbaycanlı aktyor koronavirusa yoluxdu

 16:20 04.04.2020     3431

Aktyor Yasin Həzirə koronavirus infeksiyasına yoluxub.

Redaktor.az-ın məlumatına görə, virus ona Türkiyədə bir evdə qaldığı otaq yoldaşından keçib.

Martın 14-dən İstanbulda olan aktyor yollar bağlandığı üçün Bakıya qayıda bilməyib.

Sənətçi müalicəyə başlamaq üçüm orada koronavirusla bağlı qeydiyyata düşməyə çalışır. Hazırda Yasinin otaq yoldaşı müalicə edilir. 

Qeyd edək ki, Yasin tamaşaçılara "Dağıntılar altında" serialından tanışdır. //Axşam.az