“Heç vaxt botoks etdirmərəm” - Mələkxanım Əyyubova

 13:59 06.04.2020     7743

Xalq artisti Mələkxanım Əyyubova sosial şəbəkələrdə ünvanına yazılan “Botoks etdirmisiniz” sualına cavab verib.

Redaktor.az xəbər verir ki, o, bu barədə yenidən ARB TV-də yayımlanan “Söhbət var” proqramında danışıb:

“Heç vaxt etdirmərəm. Botoksun əlehinə deyiləm. İstəsəm də edə bilmərəm. Çünki mimika ilə danışıram, muğam ifaçısıyam. Zil diapazonda muğamlar oxuyuram. Botoksla üzümü keyləşdirsəm, necə oxuya bilərəm? Telefonların günahı var, normalda qəşəng görünürük, şəkli paylaşanda bizi bərbad göstərir”. //Axşam.az