Acun Ilıcalı Pərvizə görə tənqid olundu

 06:20 09.04.2020     1393

Ötən gün "TV8" telekanalında yayımlanan “Survivor” yarışmasına azərbaycanlı kikboksçu Pərviz Abdullayev yarışmanı tərk edib.

Redaktor.az xəbər verir ki, sosial şəbəkədə canlı yayım açan Acun Ilıcalı bu səbəbdən xeyli tənqid olunub.

Acun Ilıcalıya “Azərbaycan niyə səs vermədə iştirak edə bilmir”, “Az yarış qazanan Ezgi birinci, qalibiyyət göstərən Pərviz necə yarışdan uzaqlaşa bilər” kimi suallar ünvanlanıb.

Acun Ilıcalı isə cavab olaraq bunları deyib:

"Azərbaycandan səsverməni açsaydıq, asan yolla pul qazanardıq, ancaq bu haqsızlıq olardı. Bütün ölkənin vətəndaşları Pərvizə səs verib, onu qalib edəcəkdi". //Axşam.az