Zaur Baxşəliyev: "Bu şəkillər montajdır, sizi aldadırlar" - FOTO

 16:26 30.04.2020     1035

Aparıcı Zaur Baxşəliyev özü və qızı Dilavərin fotosundan istifadə edərək öz məhsulunu reklam edən şirkətdən şikayət edib.

Redaktor.az xəbər verir ki, o, dələduzluğa məruz qaldığını bildirib:

"Bu nanəcib kimdirsə, fırıldaqçıdır, yalançıdır. Sizi aldadır. Məşhurların şəkillərindən istifadə edərək qumar oyunlarının reklamı ilə məşğuldur. Aldanmayın! Mən polisə şikayət etmişəm. Mən və ailəm heç vaxt belə reklama çəkilməyib. Bu şəkillər montajdır". //Qafqazinfo.az