Zaur Kamal “Xəzər" TV-dən qovulub? - AÇIQLAMA

 18:55 09.05.2020     9594

Xəzər Media Mərkəzinin 103 və 103.3 FM radio dalğalarının rəhbəri, eyni zamanda "5də5" verilişinin layihə rəhbəri Zaur Kamalın səlahiyyətlərinin əlindən alındığı haqda xəbər yayılıb. 

Redaktor.az xəbər verir ki, "Azxeber.com" məsələni dəqiqləşdirmək üçün Zaur Kamalla əlaqə saxlayıb. O, deyilənləri təkzib edib: "Mən radioda rəhbər olmamışam, baş redaktor vəzifəsində çalışmışam və indi də işimin başındayam. "5də5" gəldikdə isə, o verilişin illərdir aparıcısıyam, layihə rəhbəri isə Rauf Sübhidir. Yəni, heç bir dəyişiklik yoxdur”.