“Aldığım pulu restoranın pilləkəninə səpdim” - Mətanət İsgəndərli / VİDEO

 15:18 10.05.2020     4623

Əməkdar artist Mətanət İsgəndərli "Söhbət var" verilişində qonaq olub.

Redaktor.az xəbər verir ki, sənətçi bir dəfə toya gecikdiyinə görə pulunun kəsildiyini deyib:

"Tıxaca görə toya 1 saat gecikmişdim. Toy sahibinə dedim ki, saat 1-ə, 2-yə kimi oxuyaram. Gecikmişdim deyə saat 3-ə işləmişə qədər oxudum. Buna baxmayaraq alacağım pulu kəsdilər. Məni ağlamaq tutdu, əsəbimdən pulu restoranın pilləkənlərinə tulladım. Toy sahibinin vicdanı yol verməmişdi, səhəri gün pulu artıqlaması ilə çatdırmışdılar”. //Axşam.az