Manaf Ağayev evində iftar süfrəsi verdi - Karantin qaydalarını pozdu... / VİDEO

Tanınmış müğənni Manaf Ağayev evində iftar süfrəsi təşkil edib.
Redaktor.az xəbər verir ki, onun şəxsi "İnstagram" hesabında paylaşdığı görüntülərdə iftar süfrəsində həmkarları Vaisf Məhərrəmli, Temur Əmrah və digər dostlarının iştirak etdiyi məlum olub.
Qeyd edək ki, Xüsusi karantin rejim dövründə tədbirlərin təşkili üzrə xidmətlər dayandırılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Evdə və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan edilib.
Müğənninin evindəki iftar mərasimi zamanı sosial məsafənin gözlənilməməsi də ciddi tənqid olunub.