Sabahın hava proqnozu açıqlanıb

Bakı və Abşeron yarımadasında mayın 12-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.
ETSN Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 18-21° isti, Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq.