Azərbaycanda bu məşhur verliş bağlandı - AÇIQLAMA

 15:22 11.05.2020     1744

"Xəzər" TV-də Kamal Dənizin “Çöl adamı” verilişinin yayımı dayandırılıb.

Redaktor.az xəbər verir ki, "yenicag.az"-a açıqlama verən Kamal Dəniz xəbəri təsdiq edib:

“Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir. Kifayət qədər tamaşaçı kütləsi var. Tamaşaçılar yaxın vaxtlarda başqa telekanalların birində verilişi izləyə biləcəklər”.

Aparıcı verilişin yayımının hansı səbəbdən dayandırılmasına belə aydınlıq gətirib:

“Yeni format təklif olundu, qəbul etmədim. Ərizəmi yazdım, işdən çıxdım”.