Pərviz Abdullayev bu gün Azərbaycana qayıdir - FOTO / VİDEO

 12:17 14.05.2020     1984

Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu TV8-in rəhbəri Acun Ilıcalı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Redaktor.az xəbər verir ki, o, Acuna təşəkkür yazıb və Dominikan Respublikasında yaşayan türkləri İstanbula gıtirən təyyarənin havaya qalxdığını vurğulayıb.

Ilıcalı Cayman adaları və Havanada yaşayan türklərin Domonikana gətirilməsi üçün şəxsi təyyarəsini göndərib. Həmin şəxslər Dominikana gətirildikdən sonra digər təyyarə ilə İstanbula uçublar.

Nazir açıqlamasında "Karib bölgəsində fərqli ölkələrdə olan vətəndaşlarımızı və dost, qardaş ölkə vətəndaşlarını təxliyə edən təyyarımiz Dominikan Cümhuriyyətindən havaya qalxdı. Cayman adaları və Havanada olan vətəndaşlarımız Dominikana gətirmək üçün şəxsi təyyarəsini göndərən Acun Ilıcalıya təşəkkür edirik. Təyyarədə 154 türk, 1 Azərbaycan, 42 Macarıstan, 28 Rumıniya və 1 Tunis vətəndaşı Türkiyəyə gətirilir" sözlərini qeyd edib.

Qeyd edək ki, təyyarədəki 1 azərbaycanlı kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevdir. O, "Survivor" yarışmasında iştirak etmək üçün Dominikanda qalmışdı. Pərviz Acunun özəl təyyarəsi ilə bu gün Bakıya qayıdacaq. 

22