Kənan M.M. həbs olunan Kamilin anasına baş çəkdi - FOTOLAR

 14:19 15.05.2020     3051

Məşhur rejissor Kənan Mahmudov (Kənan M.M.) paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Redaktor.az xəbər verir ki, o, hazırda həbsdə olan məşhur fitnes məşqçisi Kamil Zeynallının anası Sahilə Zeynalovaya baş çəkib.

S.Zeynalova ilə fotolarını paylaşan Kənan sosial media hesabında bu sözləri yazıb:

“Gözəl Sahilə xalam, Kamil Zeynallı bir neçə günlük səni bizə əmanət edib. Elə dost üçün sənə təşəkkür edirəm”.

Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün mayın 12-si saxlanılıb. Məhkəmənin qərarı ilə o, 10 sutka müddətində həbs edilib. //Oxu.az