Azərbaycanda Xalq artisti intihar edib? - Qızından ilk açıqlama... / FOTO

“Yaşar Nuri sıradan bir sənətkar deyil axı, onun haqqında belə xəbərlər yayılsın”.
Redaktor.az xəbər verirki, bu sözləri Xalq artisti, mərhum sənətkar Yaşar Nurinin qızı Ülkər Yaşarqızı deyib. O, bildirib ki, atası haqqında söyləmədiyi fikirləri bəzi media nümayəndələri təhrif edərək, insanlarda yanlış fikir formalaşdırıblar:
“Bəzi media nümayəndələri mənim söyləmədiyim fikirləri işıqlandıraraq, yalan məlumatlar yayıblar. Halbuki, mən atamın intihar etməsini deməmişəm. Mən demişəm ki, bəlkə də atam xəstəlikdən o qədər bezmişdi ki, oksigen maskasını özü ağzından çıxarıb. Yəni, bu, bir ehtimaldır, fərziyyədir. Atamın ölüm səbəbinin belə olduğunu deməmişəm. Atam həmişə yatanda xoruldayırdı. Ola bilər ki, həmin anda da xoruldayanda oksigen borusu ağzına çatmayıb və tibb bacısı da yanında olmayıb. Onun ölümü Allahın yazısı idi. Atamın ağır xəstə olduğunu hər kəs bilirdi. Həkimlər də bizə onun son günlərini yaşadığını demişdi. Əslində, mən efirdə də bu cür danışmışam. Sadəcə olaraq, bəzi media işçiləri mənim fikirlərimi dəyişərək gündəm yaratmaq istəyiblər”, - deyə o, bildirib.
Qeyd edək ki, Ülkər Yaşarqızı ATV kanalında yayımlanan “Şou ATV” verilişində atasının ölüm səbəbindən danışarkən “Bəlkə də atam hər şeydən bezərək, oksigen maskasını özü çıxarıb” deyə fikir bildirib. Onun bu sözləri mediada ajiotaja səbəb olub. Bu fikir Yaşar Nurinin intihar etməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub. //Ölke.az