"Moskvada kirayə evdə qalıram" - Fədayə Laçın

 01:25 18.05.2020     1055

"Novruz bayaramında Moskvaya gəldik. Dostlarım dəstək üçün konsert təşkil etmişdi. Amma yarımçıq qaldı. O vaxtdan da Bakıya qayıda bilmiriəm. Rusiyada kirayə ev tutmuşam, oğlum Əlhəmlə bir qalırıq".

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın "Bizimləsən" verilişinin virtual qonağı olarkən deyib. Bir neçə aydır Rusiyada qalan ifaçı, orada kirayə ev tutub.

Fədayə Laçın aparıcı Zaur Baxşəliyevin, "Deyirlər, Fədayə Moskvaya köçür" sözlərinə belə münasibət bildirib:

"Qəti fikrim yoxdur ki, Moskvaya yerləşim. Laçından ayrı düşmüşəm, vətəndən də ayrıla bilmərəm. Konsertdən yaxşı pul qazandım. Amma yedim, qurtardı. Burda dostlar var ki, bizi evdən çıxmağa qoymurlar. Hər şey alıb göndərirlər".

Başını bağlayan müğənni bunun səbəbini isə belə izah edib:

"Saçlarım çox ağarıb, ona görə də bağlamışam ki, görünməsin. Ağ saçla eybəcər görünürəm, axı mən gözəl qızam. //Axşam.az