Xatun ilə Sevil və Sevinc arasında nə baş verir? - QALMAQAL

 00:30 27.05.2020     1354

Bir müddət öncə müğənni Xatun Əliyevanın ATV kanalında yayımlanan “7 canlı” axşam proqramında şou-biznesin əkiz ifaçıları Sevil və Sevinc Səfərovalar barəsində verdiyi açıqlamalar yenidən gündəmə gəlib.

Redaktor.az-ın məlumatına görə, verilişdə ekranda nümayiş olunan əkiz bacıların fotosu Xatunu dilə-dişə salıb. Sevil ilə Sevincin şəklini görən sənətçi üz ifadəsini 180 dərəcədə dəyişərək, onlar barədə danışmaq istəmədiyini kəskin reaksiya ilə ifadə edib.

Sözügedən şou proqramda qonaq olan əkizlər, Xatunun onlara qarşı etdiyi hərəkətləri bir kəlimə ilə belə şərh ediblər: “Biz ekranda heç bir şey görmədik”.

Əkizlər Xatunun hansı səbəbdən onlara qarşı belə bir addım atmasının izahını verə bilməyiblər. / Oxu.az