Azərbaycanlı müğənni villasını 300 minə KİRAYƏ VERİB - VİDEO

 14:41 02.06.2020     1972

“Mən müğənni tanıyıram ki, Bayılda bahalı villası var, onu bir şirkətə 300 min manata uzun müddətli kirayə verib”.

Redaktor.az xəbər verir ki, bu sözləri jurnalist Ülviyyə Alovlu “Youtube” kanalında yayımlanan “Bomba Tv” adlı verilişində deyib.

O, həmin ifaçının adını çəkməsə də, onun kirayə verdiyi bir neçə mənzilinin olduğunu da deyib:

“Həmin o müğənni, kirayə haqqı aldığı pula bir neçə mənzil alıb, onları da kirayə verib. Düzdür, sonradan lazım olub, mənzilin birini satıb. Ancaq bu da “ağlamağa” səbəb deyil. Bilirsiz, elə bil müğənnilər bizə ancaq “ağlayan” tərəflərini göstərməyə çalışırlar”. //Ölkə.Az