Sevda Yahyayeva: Nişanlım mənə qadağa qoymur - VİDEO

 12:50 09.06.2020     1987

“Çox səbirli insanam. Röya hər zaman mənə deyir ki, çox istərdim səndə olan səbirin bir faizi məndə olsun. Özümdən çıxdığım vaxtlar da olur. Birdən partlayıram. Hirsimi və əsəbiləşdiyimi tanımadığım insanların yanında büruzə vermirəm. Bunu yalnız ətrafım və yaxınlarım görə bilir. Ən çox iş prosesində əsəbiləşirəm. Kinli insan deyiləm. Olub ki, həmkarlarımdan incimişəm. Amma kin saxlamamışam. Pisliyi və yaxşılığı heç zaman unutmuram. Mənə pislik edənə əsla pisliklə cavab vermirəm”.

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “MTV Azərbaycan” telekanalında yayımlanan “Ulduzun vaxtı” əyləncəli-musiqili proqramda qonaq olarkən deyib.

Daha ıtraflı vidodan izləyin: