Marağı başına bəla oldu - 9 il həbs edilə bilər

 14:07 09.06.2020     2265

Bir neçə gün əvvəl Fulya adlı bank işçisi “TV8” telekanalının sahibi Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bank hesablarına köçürülən məvaciblərin görüntülərini sosial şəbəkədə yayımlamışdı.

Redaktor.az xəbər verir ki, həmin şəxs Acun İlıcalı tərəfindən Şeyma Subaşına hər ay ödənən 125 min TL alimentin və 340 TL telefon danışığı pulunun görüntülərini paylaşdıqdan sonra işindən azad olunub. “Nə qədər aliment aldığı maraqlı olduğu üçün hesab nömrələrinə baxmışam” deyə açıqlama verən Fulyanın 9 ilə qədər həbsi tələb olunur.