Azərbaycanlı müğənni qəzaya düşüb - 3 nəfər ölüb / FOTOLAR

 11:29 10.06.2020     2458

Cənubi Azərbaycandan olan müğənni Afşin Azəri ağır avtomobil qəzasına düşüb.

Redaktor.az xəbər verir ki, hadisə Təbrizdə baş verib. Qəza zamanı ifaçının ailəsi də maşında olub.

İki avtomobil yolda toqquşub. Nəticədə digər avtomobildəki 3 nəfər dünyasını dəyişib. Müğənninin ailə üzvləri isə xəstəxanaya yerləşdiriliblər. Sənətçi günahın qarşı tərəfdən gələn maşında olduğunu söyləyib.

Qeyd edək ki, Afşin Azəri bir müddət əvvəl Azərbaycanda da məşhurlaşmaq istəyirdi. O, dəfələrlə Azərbaycan kanallarında qonaq olub.

222