Könül Kərimovanın səhhəti ilə bağlı AÇIQLAMA

 15:58 10.06.2020     2781

Əməkdar artist Könül Kərimovanın əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı yayılan şəkildə müğənninin burnunda gips, ağzında isə tibbi maska var.

Əməkdar artistin prodüseri Elvin xəbərin doğru olmadığını bildirib: 

“Könül xanım heç bir əməliyyat keçirməyib. Ola bilər ki, həmin foto sənətçinin illər öncə əməliyyatından sonra çəkilmiş şəklidir. Köhnə şəkili yenidən üzə çıxarıb, yalan informasiya yaymaq nə dərəcədə doğrudur?” //Oxu.az