Payız semestri onlayn formada keçiriləcək? -TƏHSİL NAZİRLİYİ

 13:11 17.06.2020     808

Koronavirusla bağlı bəzi universitetlərdə semestr imtahanları ləğv edilsə də, bəzilərində onlayn formada həyata keçirilir.

Təhsilin onlayn formada təşkili payız semsetri üçün də tətbiq edilə bilərmi?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Redaktor.az-a bildirib ki, bu mövzuda hazırda müzakirə aparılmır: 

"Bununla bağlı hər hansı müzakirə aparılmır. Bu məsələ gündəmdə deyil. Yeni semestrin başlamasına azı iki ay yarım vaxt var. Ona görə bu haqda danışmaq tezdir. Qərar şəraitdən asılı olaraq veriləcək".

Sevda Ulutau / Redaktor.az

Universitetlərin yay imtahan sessiyası onlayn keçirilə bilər ...